Marneulidə avtomobil şagirdi vurub – DETALLAR

61

Marneulidə, Rustaveli küçəsində avtomobilin piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə dünən baş verib.

QafqazTürk Media “Radio Marneuli”yə istinadən xəbər verir ki,  xəsarət alan şagird xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin ikinci bəndi üzrə istintaqa başlayıb. Həmin maddə nəqliyyat vasitələrinin hərəkət və istismar qaydalarının pozulmasını nəzərdə tutur ki, bu da insanın az ağır bədən xəsarəti almasına səbəb olur.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneulidə qadınlar üçün pulsuz tibbi müayinələr keçiriləcək – ƏTRAFLI
Öncəki yazı
RFE/RL-nin əldə etdiyi Avropa Komissiyasının genişlənmə hesabatında Gürcüstan haqqında nə yazılıb ?