This is a specific ad

Çində daşqınlar səbəbindən yarım milyondan çox insan fəlakət zonasında qalıb

93

Another advertisement

Çinin şərqindəki Tszyansi əyalətinin təxminən 536 min sakini leysan və daşqınlar səbəbilə fəlakət zonasında qalıb.

Bu barədə regional daşqın və quraqlıqla mübarizə mərkəzi məlumat yayıb.

Məlumata görə, son 4 gün ərzində xilasedicilər ölkənin xüsusilə təhlükəli bölgələrindən 16 minə yaxın insanı təxliyə ediblər.

Mayın 5-dən bəri təbii fəlakətlərin vuduğu birbaşa ziyan təxminən 670 milyon yuan (96,8 milyon ABŞ dolları) təşkil edib.Ölən və yaralananlar barədə məlumat verilmir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Putin gürcü və moldova xalqını Qələbə Günü münasibətilə təbrik edib
Öncəki yazı
Malta parlamentinin sədri: “Malta Gürcüstanın Avropa İttifaqına üzv olmasını tam dəstəkləyir”