This is a specific ad

Marneulidə”Şin” festivalı keçirilib

57

Another advertisement

Marneuli səhərində “Şin” adlı multietnik festivalı keçirilib

festivalda rəngarəng proqram, icma evləri, “Qadınların səsi” tamaşası, xoreoqrafik ifa, “Mən qadınam” və “Od ünsürü” teatr tamaşaları nümayiş etdirilib.

Festival keçirilən məkan orjinal dekorasiyalar və pavilyonlarla bəzədilib, urbanizasiya fotosərgisi və yerli sahibkarların məhsullarının sərgi-satışı təşkil edilib.Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Şin” (Evdə) festivalı bu il ikinci dəfədir ki keçirilir.

“Şin” bələdiyyədə yaşayan etnik qrupların kimlik elementlərinin: dilinin, adət-ənənələrinin, yaradıcılıq nümunələrinin, mədəni irsin qorunub saxlanılması, inkişaf etdirilməsi və populyarlaşdırılması ideyası ilə yaradılan mövcud festivallardan fərqli mədəni-yaradıcılıq tədbiridir.

Festivalın məqsədi etnik qruplar arasında mədəni dialoqu təşviq etməkdir.”Şin” etnik tolerantlığın aydın mesajı olan çox millətli festivaldır.

Nəzərinizə çatdıraq ki, “Evdə” festivalı ilk dəfə 2022-ci ildə Marneuli bələdiyyəsində, Algeti kəndində qeyd olunub.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ədliyyə Tədris Mərkəzinin Saakadze tədris bazası açılıb
Öncəki yazı
Hacı Ramin İgidov bu il seçkidə iştirak etməyəcək