• 17 Fevral 2025 14:10

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Marneulidə yol qəzası baş verib- Ölən var

ByNiyazi Yusubov

İyl 18, 2024
Another advertisement

Marneuli bələdiyyəsinin Kostava küçəsində baş verən yol qəzasında bir nəfər ölüb.

QafqazTürk Media xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Mövcud məlumata görə, avtomobilin sürücüsü olan 53 yaşlı kişi epilepsiya xəstəsi olub. Səhər saatlarında “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən sürücünün halı pisləşib və o, idarəetməni itirib. Nəticədə avtomobil Kostava küçəsində hərbi bazanın yaxınlığında çaya düşüb. Bir müddət sonra avtomobil və içərisində olan cəsəd çaydan çıxarılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini sarı lentlə mühasirəyə alıblar.

Faktla bağlı istintaq başlayıb.