This is a specific ad

Marneulidə yol infrastrukturu işləri fəal şəkildə davam etdirilir

328

Another advertisement
Marneuli şəhərində yol infrastrukturu işləri fəal şəkildə davam etdirilir.
QafqazTürk Media xəbər verir ki, bu barədə Marneuli bələdiyyəsi meriyası məlumat yayıb.
Noe Jordania, Ayvaz Həsənov və Xudu Borçalı küçələrində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması layihəsi uğurla başa çatdırılıb və hazırda yol örtüyünün döşənməsi işləri aparılır.
İşlərin gedişatı ilə Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Gürcüstan hökuməti administrasiyasının regionlarla əlaqələr departamentinin müdir müavini Davit Kaçarava, Gürcüstan parlamentinin üzvü Zaur Darğallı, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze, Marneuli merinin müavini Temur Şubitidze, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin müavini İlia Calağoniya, Marneulinin Sakrebulo sədrinin birinci müavini Tariyel Məmmədov və yerli özünüidarəetmənin nümayəndələri yerində tanış olublar.
Qeyd edək ki, yol infrastrukturu layihələri bütün şəhər üzrə mərhələli şəkildə həyata keçiriləcək. Bu da Marneulinin şəhər mühitinin yaxşılaşdırılmasına və əhalinin həyat şəraitinin yüksəldilməsinə şərait yaradacaq.
Kateqoriya: Cəmiyyət, Marneuli
Sonrakı yazı
დღეიდან ამინდი მკვეთრად შეიცვლება
Öncəki yazı
Qiorqi Mamardaşvili “Qızıl top”a namizəddir.