• 06 Dekabr 2023 10:43

Marneulidə MMC “Beynəlxalq Təhsil Mərkəzi”-nin təşkilatçılığı ilə, xeyriyyə məqsədi daşıyan yaz festivalı keçirilib.

QafqazTürk xəbər verir ki, bu barədə məlumatı Marneuli meriyası yayır.

Festivalda, Məktəb və Uşaq Bağçası – “Momavali”-nin şagirdləri, bağça uşaqları və valideynlər iştirak edirdilər.

Tədbir çərçivəsində konsert keçirilib, sərgi meydançaları təşkil olunub. Burada şagirdlərin əl işlərindən ibarət sərgi-satış keçirilib, həmçinin kulinariya guşəsi də təşkil olunub.

Festivalda Marneuli Munisipaliteti Özünüidarəetməsinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əldə olunan vəsait sosial cəhətdən həssas ailələrə veriləcək.

24770cookie-checkMarneulidə xeyriyyə məqsədi daşıyan yaz festivalı keçirilib