Marneulidə torpaq sahələrinin pulsuz şumlanması layihəsindən kimlər yararlana bilər?
QafqazTürk Media xəbər verir ki, Marneuli bələdiyyəsində yaşayan aztəminatlı ailələrin yarım hektara qədər torpaq sahəsinin pulsuz şumlanacağı bildirilir.
Qeyd edək ki, bu barədə Marneuli bələdiyyə məclisinin 17 yanvar tarixində keçirilən iclasında Marneuli meriyasının Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov məlumat verib.
Onun sözlərinə görə, Marneuli Munisipalitetində qeydiyyatda olan (reytinq balı 100.000-dən çox olmayan) sosial təminatsız əhali üçün 0,5 hektara qədər torpaq sahəsi bələdiyyə hesabına pulsuz şumlanacaq.
Məlumat üçün bildirək ki, vətəndaş xidmətdən yararlanmaq üçün merin kəndlərdəki nümayəndələrinə müraciət etməlidir.