Marneulidə Rustaveli küçəsində yerləşən D. Mağalaşvili adına körpüdə bərpa işləri aparılır – ƏTRAFLI

2

Marneulidə Rustaveli küçəsində yerləşən D. Mağalaşvili adına körpüdə bərpa işləri aparılır.

Körpünün bərpası üçün 1 893 840 lari ayrılıb ki, məbləğin 95%-ni mərkəzi büdcə, 5%-ni isə yerli özünüidarə maliyyələşdirir.

Körpünün bərpası layihəsinə görə, körpünün və körpü altındakı infrastrukturun qaydaya salınması planlaşdırılır.

“Mövcud işıq dirəklərinin və məhəccərlərin sökülməsi, körpünün yolun hərəkət hissəsindən dəfələrlə tökülən asfalt-beton qatının sökülməsi nəzərdə tutulub. Səkilərə mozaikalı daşların quraşdırılması, mövcud, sıradan çıxmış səki bloklarının sökülməsi. Dəmir məhəccərlərin konstruksiyası fərdidir və dəmir kvadrat borulardan ibarətdir. Həmin borular səki bloklarına quraşdırılmış xüsusi nasoslarda betonlanmış polad detallar üzərinə bərkidilir. Layihədə dəmir məhəccərlərin boyanması nəzərdə tutulub. Estakadada drenaj sisteminin quraşdırılması da nəzərdə tutulub. Layihəyə əsasən, körpünün altındakı infrastrukturun quraşdırılması, konkret olaraq yolun 4,50 metrə qədər genişləndirilməsi nəzərdə tutulur. Həmin yolun bir tərəfində piyadalar üçün səki var və qeyd olunanlardan əlavə layihə ilə dəmiryolu keçidində piyadalar üçün xüsusi daşlar quraşdırılacaq”, – körpünün bərpası ilə əlaqədar cari ilin mart ayında elan olunmuş tender sənədində qeyd olunub.

Qeyd edək ki, körpüdə bərpa işlərinə baxmayaraq nəqliyyatın hərəkəti dayandırılmayıb.

0
0
Sonrakı yazı
Dünya bazarında neft qiymətləri artıb
Öncəki yazı
Türk Dövlətləri Beynəlxalq Türk Valyuta Fondu yaratdılar