Marneulidə qadınlar üçün pulsuz tibbi müayinələr keçiriləcək – ƏTRAFLI

72

Marneuli Bələdiyyəsində “Çəhrayı Oktyabr” kampaniyası çərçivəsində qadınlar üçün pulsuz skrininq aksiyası təşkil olunur. Skrininq proqramı çərçivəsində 40-70 yaş arası qadınlar süd vəzi, 25-60 yaş arası qadınlar isə uşaqlıq boynu müayinəsini pulsuz şəkildə keçə biləcəklər.

QafqazTürk Media xəbər verir ki, aksiya GEO Hospitals-ın Marneulidəki doğum evi və ambulator tibbi mərkəzində noyabrın 5-də baş tutacaq.

Marneuli Bələdiyyə Məclisinin məlumatına görə, tədbirə qədər maarifləndirici görüşlər də keçirilib.  Aksiya Marneuli Bələdiyyəsinin Qadın və Kişi Bərabərliyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Tədbirin keçirildiyi ünvan: Marneuli, Rustaveli küçəsi 112 (“GEO Hospitals” doğum və ambulator mərkəzi).

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Almaniya kansleri – Suriyalı miqrantlar vətənlərinə qayıtmalıdırlar, yoxsa onların deportasiyası baş tutacaq
Öncəki yazı
Marneulidə avtomobil şagirdi vurub – DETALLAR