• 03 Dekabr 2023 12:38

Marneulidə qəza nəticəsində xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir

Avatar photo

BySalo Salahlı

May 5, 2023

Marneuli bələdiyyəsinin Bəylər kəndinin girişində yol nəqliyyatı hadisəsi nəticəsində yaralanan, orta yaşlı kişinin vəziyyəti qənaətbəxşdir.

Marneuli Geo Hospital klinikasından verilən məlumata görə, yaralı şəxs səhər saatlarında xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

“Bu gün səhər saatlarında yol qəzası nəticəsində xəsarət alan şəxs klinikamıza gətirildi.Müvafiq tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxşdir”- deyə reanimatoloq Tata Şengalaia bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Marneuli-Sadaxlı yolunda iki avtomobil toqquşub.Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

35010cookie-checkMarneulidə qəza nəticəsində xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir