Marneuli bələdiyyəsinin Meriyasının dəstəyi ilə, Cavrişvili adına “Oftalmic” göz mikrocərrahiyyə klinikası Marneulidə aksiya keçirəcək.
Aksiya çərçivəsində, pasiyentlərə pulsuz göz müayinəsi və yüksək ixtisaslı konsultasiya prosesi həyata keçiriləcək.
Pasiyentlərin qəbulu 16-17 dekabr, saat 10:00-dan etibarən Marneuli bələdiyyəsi Meriyası yerləşən ərazidə – “Oftalmic” səyyar əməliyyat klinikasında aparılacaq.
Katarakta əməliyyatı zamanı, dövlətin ümumi səhiyyə proqramı çərçivəsində – Cavrişvili adına “Oftalmic” klinikasında hər bir pasiyent pulsuz olaraq “Amerika kristalı” ilə təmin olunacaq.
Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün aşağıdakı nömrə ilə əlaqə saxlayın:
599 53 29 79