This is a specific ad

MARNEULİDƏ PEŞƏ TƏHSİLİ PROQRAMLARINA QEYDİYYAT DAVAM EDİR – TƏFƏRRÜATLAR

32

Another advertisement

“Modus” kolleci Rustavi və Marneulidə dövlət tərəfindən 100 % maliyyələşdirilən peşə təhsili proqramlarına qeydiyyat elan edib. Qeydiyyat mayın 22-si başlayıb və sentyabrın 10-na qədər davam edəcək.

Qeyd edək ki, peşə təhsili üzrə fəaliyyət göstərən “Modus” kolleci Rustavi və Marneuli şəhərlərində yerləşir.

Qeydiyyat aşağıdakı proqramlar üzrə həyata keçirilir:

MARNEULİ:

  • Meyvəçilik – (inteqrə edilmiş) təhsil müddəti 3 il, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • İnformasiya texnologiyaları – təhsil müddəti 12 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Elektrik – təhsil müddəti 12 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Müsahibat uçotu – təhsil müddəti 21 ay, proqrama qəbul üçün ilkin şərt: tam orta təhsil (12-ci sinif);
  • Dayə – təhsil müddəti 24 ay, proqrama qəbul üçün ilkin şərt: tam orta təhsil (12-ci sinif);
  • Tərəvəzçilik – təhsil müddəti 12 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Tikiş istehsalı – təhsil müddəti 21 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif).

RUSTAVİ:

  • Saça qulluq – təhsil müddəti 12 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Gipskarton konstruksiyalarının qurulması – təhsil müddəti 12 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Santexnika sistemlərinin istismarı – təhsil müddəti 15 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Tikiş istehsalı – təhsil müddəti 21 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Qaynaq işi – təhsil müddəti 7 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Elektrik – təhsil müddəti 12 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Veb-texnologiyalar – təhsil müddəti 12 ay, proqrama qəbul üçün ilkin şərt: tam orta təhsil (12-ci sinif);
  • İnformasiya texnologiyaları – təhsil müddəti 12 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Bağçılıq – təhsil müddəti 16 ay, proqrama qəbul üçün ilkin şərt: tam orta təhsil (12-ci sinif);
  • Minik avtomobilinin ehtiyat hissələrinin təmiri – təhsil müddəti 11 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Minik avtomobilinin mühərrikinin təmiri – təhsil müddəti 11 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Minik avtomobilinin elektrik və elektron sistemlərinin təmiri – təhsil müddəti 18 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Nəqliyyat vasitələrinin boyanması – təhsil müddəti 12 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Kompüter şəbəkəsi və sistemləri – (inteqrə edilmiş) təhsil müddəti 3 il, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Veb-texnologiyalar – (inteqrə edilmiş) təhsil müddəti 3 il, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);
  • Kulinariya – təhsil müddəti 15 ay, proqrama qəbul üçün ilkin şərt: baza təhsili (9-cu sinif);

Əgər onlayn qeydiyyat zamanı suallarınız yaranarsa, yaxud qeydiyyatdan keçə bilməsəniz “Modus” kollecinin feysbuk səhifəsi ilə əlaqə saxlaya və ya qeyd olunan ünvanlara müraciət edə bilərsiniz: Rustavi şəhəri, Jiuli Şartava küçəsi 4; Marneuli şəhəri, Yağlıca küçəsi (SOCAR-ın baş ofisinin qarşısı).

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi/doğum şəhadətnaməsi və elektron poçtunuzun (imeyl) olması vacibdir.

Qaynar xətt: Rustavi – 577408734; Marneuli – 555224186.

İstinad: Yeni Yol qəzeti

Sonrakı yazı
Marneulidə “Enquri” xoreoqrafik ansamblının solo konserti keçirilib
Öncəki yazı
MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ! Fənn və xüsusi baş müəllim imtahanları iyulun 6-dan başlayacaq – TƏFƏRRÜATLAR