Marneulidə mer və majoritar namizədlərin siyahısı yaxın günlərdə açıqlanacaq

88

Gürcüstanda yerli özünüidarəetmə seçkilərində partiyaların proporsional və majoritar siyahılarının, eləcə də merliyə namizədlərin təqdim edilməsi üçün ayrılmış müddət sentyabrın 4-də başa çatıb.

Marneuli 22 saylı dairə seçki komissiyasının sədri Lela Kristesashvili açıqlamasında bildirib ki, komissiya yaxın iki gün ərzində təqdim olunmuş sənədləri yoxlayacaq və bundan sonra merliyə namizədlərin sayı və siyahısı dəqiqləşəcək:

“Hazırda partiya siyahıları, mer və majoritar namizədlərin qeydiyyat prosesi gedir. Sentyabrın 4-də sənədlərin qəbulu dayandırılıb. İndi komissiyanın işi həmin sənədlərin yoxlanılmasıdır. Yoxlama başa çatdıqdan sonra bütün siyahılar və namizədlər rəsmən qeydiyyata alınacaq”, – deyə Kristesashvili bildirib

Onun sözlərinə görə, Marneuli bələdiyyəsində seçkilər üçün 81 məntəqə açılacaq. Onlardan 41-də səsvermə elektron texnologiyalar vasitəsilə, 40-da isə ənənəvi qaydada keçiriləcək.

Hazırkı məlumata əsasən, Marneuli merliyinə üç namizəd mübarizə aparacaq:

Daur İsmayılov – “Gürcü Arzusu” partiyasının namizədi,

Asad Əliyev – “Lelo – Güclü Gürcüstan” və “Gaxaria – Gürcüstan üçün” partiyalarının birgə namizədi,

Əli Badirov – “Bizim Birləşmiş Gürcüstan” partiyasının namizədi.

Gürcüstanda yerli özünüidarəetmə seçkiləri oktyabrın 4-də keçiriləcək.

Radio Marneuli

Sonrakı yazı
Medvedev Avropa ölkələrini işğal etməklə hədələyib
Öncəki yazı
6 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur