Marneulidə faciə – tikinti zamanı fəhlə hündürlükdən yıxılaraq həlak olub

233

Marneulidə tikilməkdə olan binadan fəhlə yıxılaraq hadisə yerindəcə həyatını itirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 240-cı maddəsinin 2-ci bəndi üzrə başlanıb. Həmin maddə dağ-mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulmasını, nəticədə insanın ölümü ilə nəticələnən halları nəzərdə tutur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneulidə, 26 May küçəsində bir fəhlə inşa edilən binadan yıxılaraq ölüb – DETALLAR
Öncəki yazı
Vahid Milli Hərəkat partiyasının üzvü Giorgi Tsulaia həbs edilib