Marneulidə elektrik dirəyində yanğın baş verib

210

Marneulinin Rustaveli küçəsində elektrik dirəyində yanğın baş verib

Hadisə zamanı elektrik dirəklərinin üzərində yerləşən sayğac alışaraq yanıb.

Hadisə yerinə yanğın söndürənlərlə birlikdə Energo-pronun əməkdaşları cəlb olunub və qısa zamanda yanğının qarşısı alınıb.

Əraziyə elektrik enerjisinin verilməsində müddətli fasilə yaranıb.

Müvafiq qurumların apardıqları təmir nəticəsində elektrik enerjisinin verilməsi qısa müddətdə bərpa edilib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib
Öncəki yazı
Finlandiya NATO-ya rəsmi inteqrasiyanı başa çatdırıb