Marneulidə çox sayda qayda pozuntusu qeydə alınıb – Dolidze

325

Another advertisement

“Səsvermə prosesində çoxsaylı insidentlər və qanun pozuntuları davam edir.”

QafqazTürk Media xəbər verir ki, bu barədə “Ədalətli Seçkilər” təşkilatının direktoru Nino Dolidze  bildirib.

Onun sözlərinə görə, qurum qeyd olunan faktla bağlı Dairə Seçki Komissiyasına müraciət edib.

“Müşahidəçilərin verdiyi məlumata görə, səsvermə prosesində çoxsaylı insidentlər və qanun pozuntuları davam edir. Yenə də Marneuli seçki dairəsində, bu dəfə 22 saylı seçki məntəqəsində qanunsuz olaraq seçki qutusuna bülletenlərin atılması halı qeydə alınıb. Təbii ki, biz bu seçki məntəqəsi ilə bağlı şikayət edəcəyik. Aşkar edilmiş tendensiyalar arasında seçki məntəqəsinə işarələmə proseduru olmadan daxil olmaq və səsvermənin gizliliyinin pozulması halları xüsusilə yer alır.

Müşahidəçinin hüquqlarının məhdudlaşdırılması və onun seçki məntəqəsindən çıxarılması halları daşınan seçki qutusu və elektron avadanlıqların nasazlığı ilə bağlıdır. Həmçinin müəyyən şəxslərin səsvermə binasından 100 metrə qədər ərazidə dayanması, o cümlədən partiya koordinatorlarının səfərbər edilməsi və seçicilərin mütəşəkkil şəkildə daşınması halları hələ də müşahidə olunur. Bu şəxslərin əsasən “Gürcü Arzusu” ilə əlaqəli olduğu barədə məlumatlar toplanmaqdadır,” – Dolidze bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Salome Zurabişvili əhaliyə müraciət edir
Öncəki yazı
“Bizim inamlı qələbəmiz var, bunu təqdim olunan məlumatlar sübut edir”-İrakli Kobaxidze