This is a specific ad

Marneulidə bir nəfər saxlanılıb

64

Another advertisement

Polisin Tbilisi və regionlarda həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaq ittihamı ilə 15 nəfər saxlanılıb

Qafqaztürk xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat axtarış tədbirləri Tbilisi, Kvemo-Kartli, Kaxeti, İmereti, Acarıstan, Raca Leçxumi və Quriyada həyata keçirilib.

Kvemo-Kartli bölgəsinin Marneuli bələdiyyəsi ərazisində də əməliyyat-axtarış tədbirləri baş tutub. Üzərindən 1 ədəd tapança və 5 ədəd patron tapılan 2004-cü il təvəllüdlü Marneuli sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 236-cı maddəsi əsasında istintaq aparılır. Cinayət 3 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Saraçlı kəndində uşaq bağçası inşa olunacaq
Öncəki yazı
Rusiya Türkiyənin qaz qovşağı layihəsinin icrasının sürətlənəcəyini gözləyir