Marneulidə azyaşlıya qarşı zorakılıq törətməkdə təqsirləndirilən şəxs saxlanılıb

351

Marneulidə azyaşlıya qarşı zorakılıq törətməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində 1998-ci il təvəllüdlü M.G.-ni saxlayıblar.

İlkin istintaqla müəyyən edilib ki, M.G. Marneulidə fəaliyyət göstərən şirniyyat mağazasında yaranmış mübahisə zəminində mağazanın azyaşlı işçisinə fiziki xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları onu qısa müddətdə yaxalayıb.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prim maddəsinin birinci hissəsinin “a” bəndi – yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq ittihamı üzrə istintaq aparılır.

Qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsi 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Avtomobil partladı, sürücü dünyasını dəyişdi
Öncəki yazı
Tramp Ərdoğanla görüşəcəyini açıqlayıb