This is a specific ad

Marneulidə ADA Universitetinin təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

54

Another advertisement

Gürcüstanın Marneuli şəhərində ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib.

QafqazTürk.com xəbər verir ki, “Azərbaycan Evi”ndə keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramiz Hacızadə, Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimləri, tələbələr və icma nümayəndələri iştirak ediblər.

ADA Universitetinin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova tədbir iştirakçılarına qəbul qaydaları və Gürcüstan azərbaycanlıları üçün təklif edilən magistr proqramları barədə ətraflı məlumat verib. O bildirib ki, ADA Universiteti Gürcüstan azərbaycanlıları üçün Azərbaycan dilində “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” üzrə magistratura təhsili almaq üçün geniş imkanlar yaradır. Bu ixtisaslar hibrid formatda – əyani (semestrdə 3 həftə) və distant (daha çox onlayn) formatda tədris ediləcək. Dərslərin böyük qismi onlayn olacaq, əyani dərslər isə ADA Universitetinin Bakıdakı əsas mərkəzində, habelə Qazax Müəllimlər Seminariyasında keçiriləcək. Proqramda Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi də nəzərdə tutulub. Gürcüstan vətəndaşları təhsil haqqından azad olmaq üçün 100 faizlik qrantdan yararlana bilərlər.

Qeyd edək ki, Gürcüstan azərbaycanlıları ADA Universitetinə imtahan vermədən, sənədləri (ərizə forması, CV, bakalavr diplomu, transkript, motivasiya məktubu, pasport) təqdim etməklə və müsahibədə iştirak etməklə qəbul ola bilərlər.

Müraciət etmək üçün link: ada.edu.az/apply

Kateqoriya: Təhsil
Sonrakı yazı
Gürcüstanın bu il turizmdən əldə edəcəyi məbləğ açıqlanb
Öncəki yazı
Heydər Əliyevin anadan olmasının 101 illiyi