This is a specific ad

Marneulidə 4 yaşlı uşaq başından güllə yarası alıb

206

Another advertisement

Avqustun 1-də Marneuli “Geo Hospitals” klinikasına koma vəziyyətində olan və başın arxa nahiyəsindən xəsarət alan azyaşlı uşaq daxil olub.

QafqazTürk Media “Marneuli” radiosuna istinadən xəbər verir ki,  “Geo Hospitals”ın Marneuli üzrə pediatriya şöbəsinin müdiri, təcili pediatriya həkimi Elman Sadıqov bildirib ki, uşağın valideynləri və yaxınları azyaşlının oyun zamanı yıxılaraq başını zədələdiyini bildirsələr də araşdırmalardan sonra azyaşlının başında güllə olduğu təsdiqlənib.

“Uşağı bizə valideynləri günün birinci yarısında gətirdilər. O, son dərəcə ciddi, koma vəziyyətində idi. Müayinə zamanı məlum oldu ki, onun başının arxa nahiyəsində güllə var. Valideynlər uşağın qardaşı ilə oynadığını, qardaşınən itələdiyini və uşağın çınqılın üzərinə yıxıldığını ə nəticədə bi çınqıl daşının ​başın arxasına girdiyini qeyd ediblər”, – Elman Sadıqov dedi

Marneulidəki “Geo Hospitals”a gətirilən xəstə Tbilisidəki İnqoroqva klinikasına köçürülüb və orada azyaşlının beynində güllə olduğu təsdiqlənib.

“Zəruri reanimasiya müdaxiləsindən sonra uşaq süni tənəffüs aparatına köçürülüb, bundan sonra həyati göstəriciləri stabilləşib, hal-hazırda müşahidə altındadır. Uşağın xəsarətlə gətirildiyini də polisə bildirdik. Heç birimiz bu barədə düşünməzdik, çünki valideynlərdən, qohumlardan dəfələrlə sorğu-sual etdikdən sonra belə bir cavab aldıq ki, uşaq yıxılıb xəsarət alıb. 2 saatdan sonra xəstəni xəstəxanamızdan İnqoroqva klinikasına köçürdülər və elə oradaca məlum oldu ki, uşağın beynində daş yox, güllə var”. – Elman Sadıqov qeyd edib.

İnqoroqva klinikasının pediatriya şöbəsinin müdiri Qia Bibileişvili “Marneuli” radiosuna bildirib ki, kist tüfəngindən çıxan güllə azyaşlının beyninə dəyib.

“Bu, silahla vurulan çox ciddi yaradır. Əslində, bu güllə oksiputun arxa hissəsindən daxil olmuş, əhəmiyyətli bir yol keçmiş və orta beyin strukturlarını zədələmişdir. Bu güllə elə yerdə ilişib ki, onu oradan çıxarmaq praktiki olaraq mümkün deyil. Bu mərhələdə uşaq süni nəfəs aparatına bağlanıb. Vəziyyəti ağırdır”. – Qia Bibileişvili dedi

İnqoroqva klinikasının pediatriya şöbəsinin müdirinin sözlərinə görə, güllə nəticəsində azyaşlının beyni ciddi zədələnib və xəstənin vəziyyəti ilə bağlı proqnoz vermək çətindir.

Daxili İşlər Nazirliyindən QafqazTürk Media-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə istintaq başladılıb.

Kateqoriya: Marneuli
Sonrakı yazı
გარემოს ეროვნული სააგენტო განახლებულ პროგნოზს აქვეყნებს
Öncəki yazı
გიორგი თუშიშვილა დისკვალიფიკაცია მიიღო – ინციდენტი ქართველ სპორტსმენსა და ტედ რინერს შორის