This is a specific ad

Marneuli yerli özünüidarəetməsinin rəhbərləri Niko Ketsxovelinin Məktəb Mükafatının qaliblərinə hədiyələr təqdim edib

15

Another advertisement

Marneuli şəhərinin 2 saylı ictimai məktəbinin “Gələcəyimiz Naminə” adlı Mülki və Eko Klubu, Niko Ketsxovelinin Məktəb Mükafatının qalibi olub.

Marneuli Munisipaliteti Yerli Özünüidarəetməsinin rəhbərləri və Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi klub üzvləri ilə görüşüblər, onları qazandıqları uğur münasibətilə təbrik edib, təşəkkürnamələr və rəmzi hədiyyələr təqdim ediblər.

“Niko Ketsxoveli Məktəb Mükafatı” – gənclərin ətraf mühitin mühafizəsi müsabiqəsi, 2015-ci ildə CENN tərəfindən “Gürcüstanda davamlı meşə idarəçiliyi” layihəsi çərçivəsində, Avstriyanın İnkişaf Əməkdaşlıq Təşkilatının (Austrian Development Cooperation) maliyyə dəstəyi ilə təsis edilib.

Müsabiqənin məqsədi – məktəbliləri davamlı inkişafın məqsədləri barədə məlumatlandırmaq, təbii və sosial mühitin yaxşılaşdırılması üçün dəyişikliklərin həyata keçirilməsində onların iştirakını artırmaqdır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
საქართველოში ახალი iMac-ისა და MacBook Pro-ის წინასწარი შეკვეთები დაიწყო
Öncəki yazı
Qaribaşvili: Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsində tərəf tuta bilməz