This is a specific ad

Marneuli yerli özünüidarəetmə orqanının nümayəndələri Marneuli bələdiyyəsində daxili yolların bərpası işlərinə baxış keçiriblər – ƏTRAFLI

74

Another advertisement

Bu gün Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, Parlamentin Marneuli və Qardabani üzrə majoritar deputatı Zaur Darğallı, Marneulinin şəhər şurası sədri Amiran Qiorqadze Marneuli bələdiyyəsində daxili yolların bərpası işlərinə baxış keçiriblər.

QafqazTürk xəbər verir ki, məlumatı Marneuli meriyası yayır.

“Şulaver kəndinin daxili yollarının və Dəmyə Görarxı kəndində ictimai məktəbə gedən yolun bərpası işləri yekun mərhələdədir. Layihə çərçivəsində, yolun texniki göstəriciləri yaxşılaşdırılacaq, yolun hərəkət hissəsi qeyd olunacaq, yol nişanları və drenaj sistemi təşkil olunacaq. Tam bərpa olunduqdan sonra bələdiyyənin yol infrastrukturu xeyli yaxşılaşacaq və əhalinin rahat hərəkəti təmin ediləcək.” – məlumatda deyilir.

Hər iki layihə yerli büdcə tərəfindən maliyyələşdirilir və onların ümumi dəyəri 1 606 053 lari təşkil edir.

Sonrakı yazı
Marneuli meriyasında Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclası keçirilib – ƏTRAFLI
Öncəki yazı
მარნეულში შიდა საგზაო ინფრასტრუქტურის მოწყობის სამუშაოები მიმდინარეობს