Marneuli və Bolnisidə abituriyentlər üçün sınaq imtahanı təşkil olunub.
Parlaq Gələcək Gənclər Mərkəzinin təşəbbüsü ilə Marneuli İctimai Kolleci və Bolnisidəki Vətəndaş Bərabərliyi Platforması Mərkəzində Vahid Milli İmtahana uyğun sınaq imtahanı keçirilib.
Tədbirin əsas məqsədi bölgədə yaşayan abituriyentlərin imtahan öncəsi hazırlıq səviyyəsini yoxlamaq və onlara real imtahan mühiti yaratmaq olub. Sınaq imtahanı gənclər arasında böyük maraqla qarşılanıb və onlarla abituriyentin iştirakı ilə baş tutub.
“Layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Marneuli İctimai Kollecinə və Vətəndaş Bərabərliyi Platformasına təşəkkür edirik. Bu əməkdaşlıq sınaq imtahanının uğurla keçirilməsində mühüm rol oynayıb.
Parlaq Gələcək Gənclər Mərkəzinin komanda üzvləri isə tədbirin hər mərhələsində əzmlə çalışaraq, gənclərin gələcəyinə töhfə verməyə davam edir.
Biz birlikdə güclüyük və gənclərimizin uğuru üçün çalışmaqdan qürur duyuruq!” – deyə Mərkəzdən bildirilib.