Bu gün, 5 noyabr 2025-ci il tarixində, Marneuli şəhəri və ətraf kəndlər – Cereteli və İmir kəndlərində qaz təchizatı saat 10:00-dan dayandırılıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Socar Georgia Gas” məlumat verir. Açıqlamaya görə, qazın kəsilməsinə səbəb qaz xəttində planlaşdırılmış təmir işləridir. Şirkət bildirib ki, qaz təchizat mərhələli şəkildə saat 17:00-dan başlayaraq günün sonuna qədər bərpa olunacaq.
Şirkət abonentləri xəbərdar edib ki, evdəki qaz kranlarını bağlı saxlasınlar və qaz cihazlarını diqqətsiz qoymasınlar.
Qeyd edək ki, ümumilikdə, 10 763 abunentin qaz təchizatı tam dayandırılıb.
