Marneuli Uşaq Bağçaları Birliyi uşaq bağçalarının isidilməsi üçün tender elan edib – ƏTRAFLI

35

Marneuli Uşaq Bağçaları Birliyi qış mövsümünə hazırlığa start verib. Qurum 26 min 860 lari dəyərində 20 ton odun – yəni briket alınması üçün tender elan edib.

Birliyin məlumatına görə, bu briketlər mərkəzi istilik sistemi olmayan məktəbəqədər təhsil müəssisələrini istilik materialı ilə təmin etmək üçün nəzərdə tutulub.

Hazırda Marneuli bələdiyyəsində iki uşaq bağçası və 13 məktəbə hazırlıq mərkəzi mərkəzi istilik sistemindən kənarda fəaliyyət göstərir. Briketlə təmin olunacaq təhsil müəssisələrinin siyahısında Şaumyan və Xixani uşaq bağçaları, eləcə də Dəmyə, Ağməmmədli, Keşəli, Böyük Muğanlı, Qırıxlı, Aşağı Saral, Əzizkənd və digər kəndlərdəki məktəbə hazırlıq mərkəzləri yer alır.

Tender sənədlərində qeyd olunur ki, alınacaq briketlər 100 faiz təbii xammaldan – yəni əlavəsiz bioyanacaqdan hazırlanmalıdır. Təchizatçı müəssisə məhsulu müqavilə imzalandıqdan sonra 20 gün ərzində bağçalara çatdırmalıdır.

Qeyd edək ki, Marneuli Uşaq Bağçaları Birliyi oktyabrın 15-də istilik avadanlıqlarının alınması üçün də ayrıca tender elan edib. Təkliflərin qəbulu 22-dən 24 oktyabra qədər davam edəcək.

Kateqoriya: Cəmiyyət
Öncəki yazı
Hakim 71 yaşlı Aza Çilaçavanı mitinqdə tibbi maska ​​taxdığına görə qanunu pozan şəxs kimi tanıyıb – ƏTRAFLI