Another advertisement
Marneuli-Tbilisi magistralının Koda kəndi yaxınlığında hərəkətdə olan yük maşını alışaraq yanmağa başlayıb.
QafqazTürk.com xəbər verir ki, yük maşınının yanma səbəbi tam olaraq məlum olmasa da, ilkin versiyalara görə, hadisə elektrik problemi səbəbindən baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.