Another advertisement
Marneuli-Tbilisi magistral yolunun Koda kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi bir nəfərin faciəvi şəkildə həyatına son qoyub.
QafqazTürk Media xəbər verir ki, hadisə ötən gecə baş verib.
Məlumata əsasən, “Mercedes” və “BMW” markalı avtomobillər toqquşub və nəticədə “BMW” alışaraq yanıb. Təxminən 50 yaşlı qadın maşının içərisində yanaraq həlak olub. Hadisə nəticəsində daha üç nəfər xəsarət alıb.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi ilə bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi əsasında aparılır.