Marneuli-Sadaxlı magistralında qəza baş verib.
Qəza axşam saatlarında yolun Mirzoevka kənd istiqamətində baş verib. Hadisə nəticəsində qəzaya uğrayan şəxslər yüngül xəsarətlər alıblar.
Qeyd edək ki, avtomobillərdən birində azyaşlı uşaq da olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.