Marneuli- Sadaxlı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.
Əldə etdiyimiz məlumata görə, qəza zamanı “Dacia Duster” markalı avtomobil “Toyota Venza” ilə toqquşub. Toqquşma nəticəsində “Dacia Duster” su kanalına düşüb.
Sürücülərin xəsarət aldıqları və xəstəxanaya aparıldıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.