Marneuli-Sadaxlı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib

20

Marneuli-Sadaxlı avtomagistralında yol qəzası baş verib.

Şahidlərin dediklərinə görə iki “Opel” markalı avtomobil toqquşub. Toqquşma nəticəsində avtomobillərdən biri idarəetməni itirərək yol kənarında dayanan iki nəfər qadının üstünə tərəf gedib.

Hadisə zamanı həm yol kənarında olan şəxslər, həm də avtomobildə olanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Sonrakı yazı
Tbilisidə yaralanma hadisəsi baş verib
Öncəki yazı
DİN narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinən şəxsi həbs edib