This is a specific ad

Marneuli şəhərində Durmişxan Mağalaşvili körpüsünün bərpası davam etdirilir

12

Another advertisement

Marneuli şəhərində Durmişxan Mağalaşvili körpüsünün bərpası davam etdirilir. Lahiyə çərçivəsində yeni asfalt örtüyünün salınması planlaşdırılır.

Artıq sökülən işıqlandırma dirəkləri və səkilər yenilənəcək, su-kanalizasiya sistemi təşkil olunacaq. Tender sənədlərində qeyd olunduğu kimi, infrastruktur işləri çərçivəsində körpünün altında abadlıq işləri həyata keçiriləcək, yol genişləndiriləcək və 4 metr yarım olacaq, onun ardınca bir tərəfdən piyada səkisi, kafel-metlax döşənəcək.

Tenderdə qalib gələn “İrlani” şirkəti Rustaveli küçəsində Durmişxan Mağalaşvili adına körpüdə bərpa işlərini 1 milyon 878 min 333 lari dəyərində həyata keçirir. Məbləğin 95%-i mərkəzi büdcə, 5%-i isə yerli özünüidarə orqanları tərəfindən maliyyələşdirilir. Tenderdə qalib gələn şirkət müqavilə imzalandığı gündən 5 ay müddətində işləri başa çatdırmalıdır.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Son zamanlar dünyada papilloma virusunun yayılması problemi xüsusilə aktualdır
Öncəki yazı