Another advertisement
Marneuli Bələdiyyəsinin Ləjbəddin kəndində daxili yolların bərpası işləri yekunlaşıb. Layihə çərçivəsində 1800 metr uzunluğunda ikiqat asfalt-beton örtüyü döşənib.
QafqazTürk.com xəbər verir ki, bu barədə meriyanın mətbuat xidməti məlumat yayıb.
Layihə, Regional İnkişaf Fondunun və yerli büdcənin birgə maliyyələşdirilməsi ilə həyata keçirilib və onun ümumi dəyəri 638 242 lari təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə Marneuli Munisipalitetinin 18 kəndində daxili yol infrastrukturu səhmana salınacaq.