This is a specific ad

Marneuli Munisipalitetində içməli su ilə əlaqədar infrastruktur layihələri fəal şəkildə davam etdirilir – FOTO

95

Another advertisement

Marneuli Munisipalitetində içməli su ilə bağlı infrastruktur layihələri fəal şəkildə davam etdirilir.

QafqazTürk xəbər verir ki, Marneuli Munisipalitetinin meri Kənan Ömərov, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, Parlamentin Marneuli və Qardabani üzrə majoritar deputatı Zaur Darğallı, Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze, Regional İnkişaf və İnfrastruktur nazirinin müavini İlia Begiaşvili və Munisipalitetin digər rəhbərləri infrastruktur layihələrinə baxış keçiriblər.

Sabirkənd kəndində içməli su şəbəkəsinin tikinti işləri davam etdirilir. Layihə çərçivəsində – içməli su şəbəkəsi, sayğaclar və su üçün nəzərdə tutulmuş təzyiq qüllələri qurulacaq. Dəyəri 2 milyon 559 min 385 lari olan layihə, regional inkişaf fondunun və yerli büdcənin birgə maliyyələşdirilməsi nəticəsində həyata keçirilir.

Bununla yanaşı, Cerakvi kəndinin su təchizatı sisteminin bərpası fəal mərhələdədir. Kənddə köhnə şəbəkə tam amortizasiya olunub və əhali su təchizatını bərpa edə bilmir. Layihə çərçivəsində kənddə yeni şəbəkə təşkil ediləcək. Layihə, Regional İnkişaf Fondunun və yerli büdcənin birgə maliyyələşdirilməsi nəticəsində həyata keçirilir və dəyəri 778 min 577.06 laridir.

Qeyd edək ki, layihələr başa çatdıqdan sonra Sabirkənd və Cerakvi kəndlərinin əhalisi keyfiyyətli içməli su ilə təmin olunacaq.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Ukraynada daha iki gürcü döyüşçüsü öldürülüb
Öncəki yazı
Donald Tramp məhkəmə zalını tərk edib