This is a specific ad

Marneuli Munisipalitetindən 10 gənc Anakliya düşərgəsinə yollanıblar

15

Another advertisement

Marneuli Munisipalitetindən 10 gənc Anakliya düşərgəsinə yollanıblar.

Layihə Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə, Mədəniyyət, İdman və Gənclər Nazirliyinin dəstəyi və İHHŞ Gənclər Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Düşərgənin məqsədi gənclərin sosial inteqrasiyası, aktiv istirahətə əlçatanlığı, fiziki, mənəvi və intellektual potensialını üzə çıxarmanın təşviqi və sağlam həyat tərzinin təbliğidir.

Düşərgədə gənclər maarifləndirici, idrak, mədəni-yaradıcılıq tədbirlərində, idman olimpiadasında və müxtəlif turnirlərdə iştirak edəcəklər.

Marneulidən olan gəncləri Anakliya düşərgəsinə Marneuli Munisipalitetinin Sakrebulo sədri Amiran Qiorqadze, merin birinci müavini Roin Dekanoidze, mer müavini Zurab Panqani, Sakrebulo sədrinin müavini Riçard Qiqani, yerli özünüidarəetmənin nümayəndələri və valideynləri yola salıblar.

Kateqoriya: Gündəm
Sonrakı yazı
NATO rəsmisi: “Ukrayna Rusiya tərəfindən ələ keçirilən ərazilərin müqabilində NATO-ya üzv ola bilər”
Öncəki yazı
მარნეულის მუნიციპალიტეტიდან ანაკლიის ბანაკში 10 ახალგაზრდა გაემგზავრა