Another advertisement
Marneuli Munisipalitetinə 4 ədəd yeni “Iveco” markalı zibildaşıyan maşın xidmət göstərəcək.
“Supta Marneuli”-yə 2 ədəd 10 kubmetr və 2 ədəd 16 kubmetr həcmində zibildaşıyan maşın təhvil verilib.
Sözügedən nəqliyyat vasitələri ilə, Munisipalitetin müəyyən ərazilərindən tullantılar toplanacaq və tullantıların idarə olunması baxımından vəziyyəti yaxşılaşdıracaq.
Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Qiorqadze, merin müavini Zurab Panqani, merin müavini Temur Şubitidze və özünüidarəetmənin nümayəndələri ilə birlikdə zibil daşıyan maşınlara baxış keçirərək, Marneuli Avtoparkı MMC və “Supta Marneuli”-nin nümayəndələri ilə söhbət ediblər.