• 24 Fevral 2025 08:09

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Marneuli meriyasında Milli Hərbi Xidmətlə bağlı dəyişikliklər müzakirə olunub

ByNiyazi Yusubov

Fev 8, 2025
Another advertisement
Marneuli meriyasında, Milli Hərbi Xidmət (çağırışçıların) ilə bağlı dəyişikliklər müzakirə olunub.
Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Hərbi Xidmətə Çağırış və Rektuitasiya üzrə Milli Agentliyin Kvemo Kartli Regional Mərkəzinin nümayəndəsi, baş serjant İrakli Xvedelidze və sözügedən mərkəzin Marneuli bələdiyyəsi üzrə şöbə rəisi vitse-polkovnik Mixeil Andğuladze ilə görüşüb.
Görüşdə, Gürcüstanın Müdafiə Məcəlləsində nəzərdə tutulan və 2025-ci ildən çağırışçıların milli hərbi xidmətinə təsir edəcək dəyişikliklər müzakirə olunub.
Qanunvericiliyə əsasən, 2025-ci ildən etibarən çağırışçıların seçimi, il ərzində təsadüfi seçim əsasında aparılacaq və hərbi xidmət yalnız Gürcüstanın Müdafiə Nazirliyi sistemi çərçivəsində mümkün olacaq.
Görüşdə, Marneuli Meriyasının İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze və merin inzibati ərazi vahidləri üzrə nümayəndələri iştirak ediblər.
Çağırışçılar üçün Milli Hərbi Xidmətin şərtləri:
✔ Döyüş bölməsi – 6 ay, əmək haqqı 765 lari;
✔ Döyüş dəstəyi və Döyüş təminatı bölməsi – 8 ay, əmək haqqı 635 lari;
✔ Kiçik komandanlıq vəzifəsi və əvvəlcədən müəyyən edilmiş ixtisas üzrə xidmət – 11 ay, serjant üçün əmək haqqı 1275 lari, zabitlər üçün 1530 lari.
Sözügedən şəxslər 11 aylıq hərbi xidmətini başa vurduqdan sonra ehtiyata buraxılacaqlar.
Könüllü hərbi xidmətə çağırış şərtləri:
Milli Hərbi Xidmətə könüllü gedənlərə 30% yüksək maaş veriləcək.