This is a specific ad

Marneuli meriyasında Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclası keçirilib – ƏTRAFLI

66

Another advertisement

14 iyun tarixində, Marneuli meriyasında Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclası keçirilib.

QafqazTürk xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayır.

Görüşdə üzvlər Fiziki İmkanları Məhdud şəxslərin mövcud problemlərini müzakirə ediblər.

“İclasda həmçinin şuraya təklif olunan Fiziki İmkanları Məhdud (SİM) şəxslərin firavanlığının yaxşılaşdırılması məqsədi ilə 5 məsələ haqqında müsbət qərar qəbul ediblər. İclasa Marneuli bələdiyyəsi merinin müavini, SİM olan şəxslər şurasının sədri Temur Şubitidze sədrlik edib.” – Məlumatda deyilir.

Qeyd edək ki, şura 2020-ci ildə Marneuli bələdiyyəsinin Meriyasında yaradılıb və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün mədəni-yaradıcılıq tədbirlərində iştirak, təhsilin və idrak fəaliyyətinin təşviqi, sosial müdafiənin təmin edilməsi, uyğunlaşdırılmış mühit və cəmiyyətə inteqrasiyanın təşviqi kimi məsələləri əhatə edir.

Bildiyiniz kimi, 14 iyun Gürcüstanda Fiziki İmkanları Məhdud şəxlərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd Fiziki İmkanları Məhdud şəxslər və onların hüquqları haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Sonrakı yazı
მარნეულში შშმ პირთა საკითხებზე მომუშავე საბჭომ შეხვედრა გამართა
Öncəki yazı
Marneuli yerli özünüidarəetmə orqanının nümayəndələri Marneuli bələdiyyəsində daxili yolların bərpası işlərinə baxış keçiriblər – ƏTRAFLI