Marneuli meriyası “Marneuloba” bayramını təsis edib – ƏTRAFLI

0

Marneuli meriyası “Marneuloba” bayramını təsis edib.

QafqazTürk “Radio Marneuliyə” istinadən xəbər verir ki, Xalq bayramının təsis edilməsi ilə bağlı Marneuli Bələdiyyə Məclisinin iclasında meriyanın Mədəniyyət Xidmətinin nümayəndəsi Elquca Kupatadze müraciət edib.

Marneuloba” yeni tədbirdir. Marneulidə ilk dəfə keçiriləcək. Marneulinin etnik baxımdan rəngarəng olmasına görə, bu tədbir etnikliyin bütün ənənələrini, mətbəxini, birgə yaşam tərzinin və kimliyinin müəyyən edilməsinə dəstək olacaq. Bu məsələnin Bələdiyyə Məclisinə çıxarılmasını mühüm hesab etdik, razılıq olduğu halda keçirilsin və hər il qeyd olunsun. Tədbiri “Yenə də böyüyəcəklər” park ərazisində keçirməyi planlaşdırırıq. Biz kəndlərdə əhali ilə görüşdük, onlar tədbirə qoşulmağa hazır olduqlarını bildirdilər. Şüar da səsləndirildi – “Bir gün Marneuli üçün yaşayaq”. Sərgilərimiz, musiqili hissə olacaq. Musiqi qrupları dəvət olunacaq və yekunda tədbiri atəşfəşanlıqla bitirəcəyik” – Elquca Kupatadze qeyd edib.

Qeyd edək ki, “Marneuloba”-nın qeyd olunacağı konkret tarix məlum deyil. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze iclasda bildirib ki, tədbir sentyabr ayında, istirahət günlərində keçiriləcək və tarixi sonra seçəcəklər. Deputatlar məsələ ilə bağlı müsbət qərar qəbul ediblər.

0
0
Sonrakı yazı
მარნეულში ახალი დღესასწაული “მარნეულობა” აღინიშნება
Öncəki yazı
Gürcüstanda zəlzələ baş verib