This is a specific ad

Marneuli meriyasi 300 sahibsiz itin sığınacağa aparılması üçün tender elan edib

20

Another advertisement

Marneuli meriyası 2024-cü ildə bələdiyyə ərazisində 300 sahibsiz itin sığınacağa aparılması üçün tender elan edib, bunun üçün isə 42 372 lari ayırıb.

QafqazTürk.com xəbər verir ki, meriya bunun üçün tenderi 30 noyabr tarixində elan edib.

Tender sənədlərinə görə, qalib şirkət bələdiyyə ərazisində il ərzində 300 it tutmalı, sığınacağa aparmalı və müayinələrdən sonra sterilizasiya, axtalama, peyvənd və başqa baytarlıq xidmətləri göstərməlidir. Qeyd olunan prosedurlar həyata keçirildikdən sonra itləri yenidən Marneuli bələdiyyəsinə aparmalıdır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İsrail ordusu HƏMAS-ın Ali Məhkəməsi və Ədliyyə Nazirliyinin binasını partladıb
Öncəki yazı
Türkiyənin daha 130 vətəndaşı Qəzza zolağından Misirə keçib