This is a specific ad

Marneuli Meriyası 2023- cü ilin Gənclərin İdeyaları müsabiqəsi elan edir

11

Another advertisement

Marneuli Munisipaliteti Özünüidarəetməsinin təşəbbüsü ilə 2023-cü il Gənclərin İdeyaları Müsabiqəsi elan olunub.

Gənclərin ideyaları – 3000 lariyə qədər maliyyələşdirmə; Layihəni təmsil edən subyektlər bunlardır:

• Marneuli Munisipalitetində qeydiyyatda olan 18-30 yaş arası, proqramda nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün “donor”-dan maliyyə almamış Gürcüstan vətəndaşı(lar);

• Marneuli Munisipalitetində bu proqramın məqsədinə uyğun layihə həyata keçirən yerli qeyri-hökumət təşkilatı;

• Marneuli Munisipalitetində qeydiyyatda olan 18-30 yaş arası Gürcüstan vətəndaşları tərəfindən yaradılmış təşəbbüs qrupu.

“Gənclərin İdeyaları” layihəsinin istiqamətləri bunlardır:

• Vətəndaş şüurunun artırılması;

• İnteqrasiyanın təşviqi;

• Sağlam həyat tərzinin təbliği;

• Ətraf mühitin mühafizəsi;

• Xüsusi ehtiyacı olan gənclərə dəstək.

Layihənin formatı: Ərizəni mütləq gürcü dilində təqdim etmək lazımdır;

Müraciətin qəbulu üçün son tarix 5 iyul 2023-cü ildir.

Uğurlar arzu edirik!

Kateqoriya: Gündəm
Sonrakı yazı
Putin: “Qərb Kiyevə daha çox texnika verə bilər, lakin səfərbərlik ehtiyatı məhduddur”
Öncəki yazı
მარნეულის საჯარო სკოლებში პედაგოგები შვებულებაში 1 ივლისიდან გავლენ