Marneuli meri Kənan Ömərov “Kvemo Kartli üzrə Tullantılarının İdarə Olunması” layihəsi çərçivəsində işgüzar görüşdə iştirak edib

1

Marneuli Munisipalitetinin meri Kənan Ömərov dövlət nümayəndəsi Qiorqi Doxturişvili ilə birlikdə “Kvemo Kartli üzrə Tullantılarının İdarə Olunması” layihəsi çərçivəsində işgüzar görüşdə iştirak edib.

MMC “Gürcüstanın Bərk Tullantıların İdarə Olunması Şirkəti” Kvemo Kartli regionunda dövlət nümayəndəsi və yerli Munisipalitetlərin merləri ilə “Kvemo Kartli üzrə Tullantılarının İdarə Olunması” layihəsinin gedişatı və gələcək addımlar ilə bağlı görüş keçirib.

Kvemo Kartli nümayəndəsinin Administrasiyasında keçirilən tədbirin əsas məqsədi – yerli nümayəndələrə, maraqlanan tərəflərin cəlb olunması barədə məlumatların təqdim edilməsi və onların fikirlərinin dinlənilməsi olub.

Marneuli, sözügedən layihənin tamamlanmasından sonra Avropa standartlarına uyğun, yeni regional təhlükəsiz tullantıların toplanması obyektindən faydalanacaq 5 Munisipalitetdən biridir.

Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və İsveç Beynəlxalq İnkişaf Agentliyinin (SIDA) maliyyə dəstəyi ilə həyata keçirilir.

0
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
Marneulidən olan iştirakçılar “Başqa Gürcüstan Haradadır” adlı gürcü ənənəvi mahnı müsabiqə-festivalının qalibi olub
Öncəki yazı
კენან ომაროვი ქვემო ქართლის ნარჩენების მართვის პროექტის ფარგლებში სამუშაო შეხვედრას დაესწრო