This is a specific ad

Marneuli meri Kənan Ömərov, əslən Marneulidən olan uğurlu idmançı, reqbiçi Rati Zazadze ilə görüşüb

22

Another advertisement

Marneuli meri Kənan Ömərov, əslən Marneulidən olan uğurlu idmançı, reqbiçi Rati Zazadze ilə görüşüb.

Qeyd edək ki, Rati karyerasına Marneuli Munisipalitetində başlayıb. Hazırda o, Gürcüstanın 21 yaşadək idmançılarından ibarət milli yığmasında olan Marneulinin ən uğurlu idmançılarından biridir. O, həmçinin karyerasını Fransa çempionatının ikinci divizionunun “Never” klubunda da davam etdirir.

Görüşdə – Gürcüstan Parlamentinin üzvü, Gürcüstanın Reqbi İttifaqının idarə heyətinin sədri Davit Katçarava, Marneuli Munisipalitetinin idman məktəbinin direktoru Mamuka Naveriani, Gürcüstanın Reqbi İttifaqının inkişaf xidmətinin rəhbəri Qaioz Moniava, “Club Armazi”-nin direktoru Qiorqi Soselia iştirak ediblər.

„Marneuli Munisipaliteti yerli gənclərin əldə etdiyi uğurlarla fəxr edir. Rati bunun bariz nümunəsidir. Marneuli Meriyası sağlam həyat tərzinin təbliği məqsədilə, idman məktəbi ilə əməkdaşlıq edərək bir sıra mühüm layihələr həyata keçirir. Bu istiqamət bizim üçün prioritetdir.“ – Marneuli Munisipalitetinin meri Kənan Ömərov.

Kateqoriya: Gündəm
Sonrakı yazı
პოლიცია ბერლინის სამხრეთ-დასავლეთ გარეუბანში გარეულ ცხოველს ეძებს
Öncəki yazı
27 წლის ჰასრათ ისმაილოვს თანამემამულეების დახმარება სჭირდება