This is a specific ad

Marneuli meri iftar süfrəsi təşkil edib – FOTO

76

Another advertisement

Dünən, 13 aprel 2023-cü ildə Marneulidə ənənəvi iftar süfrəsi təşkil edilib.

QafqazTürk.com xəbər verir ki, iftar süfrəsi Marneuli meriyası tərəfindən təşkil olunub.

İftar süfrəsində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev, həmçinin, səfirliyin bütün əməkdaşları, Türkiyə Respublikasının Gürcüstandakı səfirliyinin Dini Məsələlər üzrə yeni təyin olunmuş müşaviri Mahmut Göl və səfirliyin bir çox əməkdaşları, Gürcüstan parlamentinin deputatlarından Zaur Darğallı, Savalan Mirzəyev, Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstan Müsəlmanlar İdarəsinin müftisi Hacı Etibar Eminov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Kvemo Kartli bölgə təmsilçiləri, Marneuli bələdiyyə məclisinin deputatları, kənd təmsilçiləri və bir çox kəndin dindarları iştirak edirdilər.

İftar süfrəsində Qurandan ayələr oxundu, xeyir-dualar verildi.

Dinimizə və dini xadimlərimizə verdiyi dəyərə görə Marneuli merinə təşəkkür edirik!

Kateqoriya: Din
Sonrakı yazı
Çavuşoğlu: “Sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizinin inşasına başlanılmalıdır”
Öncəki yazı
ABŞ-ın Gürcüstandakı səfirliyi: Sizi Ana Dili Günü münasibətilə təbrik edirik!