Another advertisement
Marneuli bələdiyyəsinin Sakrebulo sədri Amiran Qiorqadzenin rəhbərliyi ilə növbəti iclas keçirilib.
QafqazTürk Media xəbər verir ki, Sakrebulo iclasının gündəliyinə 10 məsələ çıxarılıb.
✅ Deputatlar bütün on məsələnin, o cümlədən Marneuli bələdiyyəsinin büdcəsinə ediləcək dəyişikliklərin və vətəndaşlara sosial istiqamətdə yardım məsələsinin müzakirəsinə müsbət səs verdilər.
✅ 18 oktyabr 2024-cü il tarixli sessiyada Sakrebulo sədrinin birinci müavini Tariel Məmmədov, deputat Riçard Qiqan, merin birinci müavini Roin Dekanoidze, Sakrebulonun struktur bölmələrinin və meriyanın rəhbərləri, əməkdaşları və media nümayəndələri iştirak ediblər.