Marneuli bələdiyyəsində, Qırmızı Körpü ərazisində Marneuli və Hucabi Yepiskopu Qiorqinin (Camdeliani) xeyir-duası ilə “Baş Mələk” adına rahiblər monastırında Müqəddəs Andrianın adına kilsə tikintisinin təməli atılıb.
QafqazTürk xəbər verir ki, bu barədə məlumatı Marneuli Bələdiyyə Məclisi yayır. Məlumatda qeyd edilir ki, kilsə əhalinin (dindar kütlənin) ianəsi (yardımı) ilə tikiləcək.
Əraziyə təntənəli şəkildə xeyir-dua verilməsi tədbirində Marneuli Bələdiyyəsinin sədri Amiran Qiorqadze, ruhani şəxslər, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, qubernatorun birinci müavini Qiorqi Şincikaşvili, Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı, Marneuli meri Kənan Ömərov, Qardabani meri Davit Qarqareteli, Bələdiyyə Məclisinin deputatları, yerli özünüidarə nümayəndələri, dindarlar birlikdə iştirak edirdilər.
Qeyd edək ki, xristian aləmində Apostol Andria Gürcüstanda xristianlığın ilk təbliğçisi-yayıcısı kimi tanınır.