Another advertisement
Marneuli bələdiyyəsinin Təzəkənd kəndində bədbəxt hadisə baş verib.
QafqazTürk Media xəbər verir ki, bu gün əslən Alget kənd sakini olan, Təzəkəndə valideynləri ilə nənəsi evinə qonaq gedən 3 yaşlı uşaq ikimərtəbəli evin pilləkənlərindən yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da uşaq xəstəxanaya çatdırılmamış aldığı ağır xəsarətlər nəticəsində yolda həyatını itirib.