This is a specific ad

Marneuli bələdiyyəsində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

106

Another advertisement

Marneuli bələdiyyəsində bu gün günün ikinci yarısında ağır avtomobil qəzası baş verib.

QafqazTürk Media xəbər verir ki, hadisə Aşağı Saral kəndində olub.

Məlumata görə, yanacaq daşıyan iri həcmli maşın ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib. Bundan başqa yaralıların olduğu da bildirilir.

Əldə olunan məlumata görə, avtomobil qəzasında 2 nəfər ağır xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım, yanğın söndürmə briqadası və polis cəlb olunub.

Geo Hospitals və Aversi klinikalarının Marneulidəki filiallarından QafqazTürk Mediaya verilən məlumata görə, yaralılarda çoxsaylı qırıqlar var və onlara müvafiq tibbi yardımlar göstərilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı  Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istinataq başlayıb.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Şimali Koreyadan atılan zibillə dolu şar Cənubi Koreya prezidentinin iqamətgahı ərazisinə düşüb
Öncəki yazı
Daxili İşlər Nazirliyi zərərçəkmiş vətəndaşa 50 min lari ödəyəcək