This is a specific ad

Marneuli bələdiyyəsi yerli özünüidarəetmənin nümayəndələri Polşanın Kobilnitsa şəhərində rəsmi səfərdə olublar

97

Another advertisement

 Marneuli Munisipalitetinin Sakrebulo sədri Amiran Qiorqadze, mer müavini Temur Şubitidze və yerli özünüidarəetmənin nümayəndələri Polşanın Kobilnitsa şəhərində rəsmi səfərdə olublar.

 Səfərin əsas məqsədi Marneuli Munisipalitetində günəş enerjisi panelləri layihəsinin həyata keçirilməsidir, hansı ki bu mərhələdə, Marneulinin 3 saylı uşaq bağçasında günəş panellərinin quraşdırılmasını nəzərdə tutur və bunun nəticəsində uşaq bağçası istehsal olunan elektrik enerjisindən faydalanacaq.

İşgüzar səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Qmina Kobilnitsa şəhərinin meri və müxtəlif təşkilatların nümayəndələri ilə görüşlər keçiriblər. Onlar Gmina Kobylinitsa günləri çərçivəsində təşkil olunan festivalda da iştirak ediblər.

Xatırlatmaq istərdim ki, Marneuli Munisipaliteti ilə Gmina Kobilnica arasında əməkdaşlıq memorandumu 2017-ci ildən qüvvədədir.

Memorandum çərçivəsində bələdiyyələr müxtəlif sektorlarda uğurla əməkdaşlıq edir.
Sözügedən qarşılıqlı əməkdaşlıq bələdiyyələr arasında beynəlxalq təcrübənin və ən yaxşı praktikaların mübadiləsinə təkan verir.

 Marneuli Munisipalitetinin özünüidarəetmə heyətini Marneuli Munisipalitetinin Sakrebulo sədri və mer müavini ilə birlikdə Marneuli Munisipalitetinin Meriyasının inzibati xidmətinin rəhbəri Mamuka Şubitidze, Marneuli Munisipalitetinin Meriyasının əmlakın idarə edilməsi və maddi-texniki təminat xidmətinin rəhbəri Aqil Əmircanov və Sakrebulo Aparatının əməkdaşları təmsil edirdilər.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Ərdoğan: “Seçkilər insanların prezidentlik idarəetmə sisteminə etimadını nümayiş etdirdi”
Öncəki yazı
31 may Ümumdünya Tütünlə Mübarizə Günüdür