Marneuli Bələdiyyəsi 2024–2025-ci tədris ilini qızıl və gümüş medalla başa vuran şagirdlər üçün xüsusi tədbir təşkil edir.
Yerli idarənin sadələşdirilmiş satınalma planına görə, məzunlar Yakob Qoqebaşvilinin ev-muzeyinə aparılacaq və muzeyin həyətində açıq dərs keçiriləcək.
Rəsmi məlumata əsasən, cari tədris ilində Marneuli rayonunda 62 şagird məzun olub: onlardan 44-ü qızıl, 18-i isə gümüş medala layiq görülüb. Tədbirin təşəbbüskarlarının sözlərinə görə, məqsəd istedadlı şagirdlərin motivasiyasını artırmaqdır.
“Əsas məqsədimiz odur ki, fərqlənən məzunlar və onların müəllimləri ‘Əlifba’nın – yəni “İa-İa”nın dünyasını yaxından tanısınlar. Bunun üçün muzey ziyarəti, açıq dərs və sonda isə mərasim nəzərdə tutulub”, – deyə bildirilir.
Mərasimin təşkil olunması üçün tələb olunanlar:
Marneuli–Variani–Marneuli marşrutu üzrə iki 50 yerlik avtobusun icarəsi;
65 ədəd hədiyyəlik kitabın (ölçü 35×25) alınması;
Bələdiyyənin loqosu ilə hazırlanmış 65 hədiyyəlik paket;
Şagirdlər və qonaqlar üçün xidmətlər;
Tədbir 5 sentyabrda keçiriləcək. Bu məqsədlə Marneuli meriyası “Bakur Sulakauri Nəşriyyatı”ndan 65 ədəd “Pələng dərisi geyinmiş pəhləvan ” kitabını ümumilikdə 3 406 lariyə satın alıb.