Marneuli bələdiyyə məclisi növbədənkənar iclasını keçirib

1

Marneuli bələdiyyə məclisi növbədənkənar iclasını keçirib. İclasa Sakrebulonun sədri Amiran Qiorqadze rəhbərlik edirdi.

Sakrebulonun iclasında gündəmlə müzakirəyə 4 məsələ təqdim edilmişdi.

Deputatlar hər dörd məsələyə baxılması üçün müsbət səs verdilər.

Sakrebulonun iclasında müsbət qərar qəbul edilib:

◽ Məktəb Liqası 2023 Kvemo Kartlinin qalibi – Marneulinin 6 saylı ictimai məktəbinin komanda üzvləri üçün idman ləvazimatları; komandanın məşqçisinə isə həvəsləndirmə məqsədi ilə 1000 lari pul mükafatı veriləcək.

◽ Marneuli Munisipalitetinin 2023-cü il büdcəsində ediləcək dəyişikliklər;

◽ Vətəndaşlara sosial istiqamətdə yardım məsələsi.

2023-cü il 29 iyun iclasında Marneuli Munisipalitetinin meri Kənan Ömərov, merin birinci müavini Roin Dekanoidze, Sakrebulo sədrinin birinci müavini Tariel Mamedov, müavinlər Riçard Qiqani və Rövşən İskəndərov, Sakrebulonun və Meriyanın struktur bölmələrinin rəhbər şəxsləri, Aparatın əməkdaşları, media nümayəndələri, Marneulinin 6 nömrəli dövlət məktəbin direktoru və şagirdlər iştirak edirdilər.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Öncəki yazı
მარნეულის მერიამ 130 შეჭირვებულ ოჯახს შესაწირი დაურიგა